Logistika Azərbaycanla Çexiya arasında əməkdaşlığın prioritet istiqamətlərindən biridir
8.1.2018

Azərbaycanla Çexiyanın uğurla əməkdaşlıq etdiyi enerji və kənd təsərrüfatı sahələri ilə yanaşı, ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri logistikadır.

Bunu Çexiyanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə katibi Yan Yindrix deyib.

Onun sözlərinə görə, Çexiya şirkətləri “Şimal-Cənub” dəmir yolu dəhlizinin tikintisində maraqlıdır: “Eyni zamanda, biz Ələt xüsusi iqtisadi zonasında əməkdaşlıq üçün böyük potensial görürük. Əminəm ki, bu xüsusi iqtisadi zonanın tam şəkildə işə başlaması ilə çexiyalı investorlar burada öz planlarını həyata keçirməyə başlayacaq”.

Qeyd edək ki, Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi sürətlə artır. 2017-ci ilin yanvar-oktyabr aylarında bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 100 faizdən çox artaraq 924 milyon dollar təşkil edib.

Çexiya Azərbaycanın tərəfdaşları arasında ixracat üzrə yeddinci, idxalatda 15-ci yerdə qərarlaşıb.

trend