“Wizz Air”lə uçanların diqqətinə
8.1.2018

“Wizz Air” büdcə aviaşirkəti yanvarın 15-dən reyslərini Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirəcək.

Bu barədə aviaşirkətdən məlumat verilib.

“Wizz Air” indiyədək hava limanının 1-ci terminalından uçuşları həyata keçirirdi.

Qeyd edək ki, “Wizz Air” aviaşirkəti Bakıdan Budapeştə uçuşlar həyata keçirir.

trend