Avropa Azərbaycan Məktəbi 3-cü Beynəlxalq Elm Festivalında
4.1.2018

2017-ci ilin dekabr ayında Azərbaycan Britaniya Kollecində keçirilən 3-cü Beynəlxalq Elm Festivalı çərçivəsində “Alternativ enerji mənbələri və ekologiya” adlı tədbirdə Avropa Azərbaycan Məktəbinin (EAS) 2 komandası - 10 B sinif şagirdləri Ülvi Cabbarov, Fuad Xasıyev və Həsən Şiriyev qızıl və gümüş mükafatlara layiq görülüblər.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, tədbirdə 67 layihə və müxtəlif özəl məktəblərin komandaları öz elmi layihələri ilə təmsil olunublar.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından etibarən Avropa Azərbaycan Məktəbinin müəllimləri Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə ekologiya mövzusunda elmi layihə üzərində işləyiblər.

azertag.az