Ötən il Xətai Sənət Mərkəzində 25 sərgi açılıb
4.1.2018

Ötən il Xətai Sənət Mərkəzində 25 fərdi rəsm sərgisi açılıb.

Bu barədə sənət mərkəzinin rəhbəri Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, yola saldığımız 2017-ci ildə mərkəz 12 sərgiyə təşkilatçılıq edib. “Mərkəzdə uşaqlar üçün 10 rəsm müsabiqəsi təşkil olunmaqla yanaşı, yuxarı yaş qrupuna mənsub fırça ustalarının 15 sərgisi açılıb”, - deyə mərkəzin direktoru söyləyib.

Qeyd edək ki, Bakı Xətai Sənət Mərkəzi müxtəlif mövzulu rəsm sərgilərinin təşkil edildiyi məkan olmaqla yanaşı, həm də təşkilatçı qismində çıxış edir.

azertag.az