Fərəc Qarayevin əsəri Moskvada “Happy New Music!” adlı konsertin proqramına daxil edilib
4.1.2018

Yanvarın 15-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Happy New Music!” adlı konsert proqramı təqdim ediləcək. Proqrama bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin iki fortepiano üçün yazdığı “Forst şəhəri üçün musiqi” də daxil edilib.

Moskva Müasir Musiqi Mərkəzinin saytına istinadla xəbər verilir ki, əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri Mona Xaba və Natalya Çerkasova ifa edəcəklər.

azertag.az