Hindistanda dünyanın ilk robot polisi təqdim edilib
4.1.2018

Hindistanın "H-Bots Robotics" şirkəti dünyanın ilk robot polisini təqdim edib.

Robot yeriyə, insanları tanıya, partlayıcı maddəni tapa, şübhəli şəxsləri tanıya, həmçinin ətrafdakılarla qarşılıqlı ünsiyyətə girə – məlumat qəbul edə və sualları cavablandıra bilir.

İstehsalçı şirkət artıq müxtəlif təşkilatlardan 20 sifariş alıb. Robot polis və təhlükəsizlik xidmətlərinin işinə cəlb oluna bilər. Hindistan "robokop"larının istehsalına 2018-ci ilin iyulundan başlanacaq.

report.az