Yaradıcı peşələrin sahibləri ən çox hansı çətinliklərlə qarşılaşırlar?
28.12.2017

Dekabrın 27-də “Art Tower” qalereyasında Avropa İttifaqının Şərq Tərəfdaşlığının “Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində “Arts Council Azərbaycan” və Biritish Council-in təşkilati dəstəyi ilə mədəniyyət sektorunun dəstəklənməsinə istiqamətlənmiş komikslərin təqdimatı keçirilib.

Sərgidə təqdim olunan 3 hekayədə Azərbaycanda yaradıcı peşə sahiblərinin tez-tez qarşılaşdığı çətinliklər əks olunub. “Çılpaq rəssam”, “Əqli mülkiyyət” və “Emalatxana” adlanan komikslərdə bu sahələrə xas olan maliyyə çətinlikləri, müəllif hüququnun pozulması və iş sahəsinin yetərsizliyi problemləri qaldırılıb.

Komikslərin yaradıcısı rəssam Zöhrab Salam-zadə, ideya müəllifi isə Dadaş Məmmədovdur.

Ekspozisiyanın əsas məqsədi yaradıcı insanların cəmiyyətin həyatında oynadığı aparıcı rolu, onların problemlərinin mədəniyyətə, incəsənətə və ölkə iqtisadiyyatına böyük təsirini göstərməkdir. Onların problemlərinə diqqətlə yanaşmaq və hərtərəfli dəstəkləmək çox mühümdür.

azertag.az