"ASAN xidmət"də 4 gün qeyri-iş günü olacaq
27.12.2017

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq.

ASAN-dan verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

4 yanvardan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal”mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

trend