Azərbaycan Dövlət Pedaqoji Universitetinə yeni prorektor təyin edilib
27.12.2017

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin edilib.

Təhsil Nazirliyinin müvafiq əmri ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov ADPU-un Tədris işləri üzrə prorektoru təyin edilib.

E.Aslanov bundan əvvəl Turizm və Menecment Universitetinin prorektoru olub.

Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov da bundan əvvəl Turizm və Menecment Universitetinin rektoru olub.

trend