“Muğam və mənəviyyat” adlı layihənin növbəti konserti
26.12.2017

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihənin növbəti konserti təşkil edilib.

Muğam Mərkəzindən bildirilib ki, konsert “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında gerçəkləşib.

Konsertdə Xalq Artisti Gülyanaq Məmmədova, xanəndələr Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Fəraməz Gərmrudi tərəfindən xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər səsləndirilib.

Tədbirdə xanəndələri Əməkdar Artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə “Könül” instrumental ansamblı müşayiət edib.

azertag.az