Xalq Artisti Şövkət Məmmədovanın xatirəsi yad edilib
26.12.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, Xalq Artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.

İdarədən bildirilib ki, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirdə Xalq Artisti haqqında ətraflı məlumat verilib. Sonda məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər.

azertag.az