“Vətənim and yerim” mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb
26.12.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşlığı və YAP Gənclər Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Vətənim and yerim” mahnı müsabiqəsinə yekun vurulub. Yekun tədbiri ADMİU-nun nəzdində fəaliyyət göstərən Səda Tədris Teatrında baş tutub.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU–nun kafedra müdiri Aşıq Əhliman, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Orucov mövzusu vətənpərvərlik olan layihənin əhəmiyyətini qeyd ediblər.

Müsabiqə barədə geniş məlumat verən layihə rəhbəri Orxan Məmmədov finalçıları təbrik edib, onlara gələcək nailiyyətlərində uğurlar arzulayıb.

Müsabiqədə birinci yerə Nadir Rüstəmli, ikinci yerə Təbriz Qaragözlü, üçüncü yerə isə Sevinc Abidinova layiq görülüblər.

Qaliblərə diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

azertag.az