Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir
26.12.2017

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizənin surəti

əmək kitabçasının surəti

ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)

1 ədəd ağ fonda rəngli fotoşəkil ( 4 x 6 sm ölçüdə)

son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 25 dekabr 2017-cı il tarixdən 08 yanvar 2018-ci il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar: (012) 598-40-55, 493-02-60

İnternet sayt : www.mct.gov.az



Struktur bölmənin adı: Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi

Vakant vəzifə: baş məsləhətçi (Yevlax şəhəri üzrə nümayəndə)

İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat

İş yerinin ünvanı: Bərdə şəhəri, Heydər Əliyev prospekti 100



Qulluq funksiyaları:

Regional müəssisə və təşkilatların fəaliyyətinə nəzarətin həyata keçirilməsi, müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi;
Tabe müəssisələrdə işçilərin əmək intizamına nəzarət edilməsi;
Regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və işçilərinin mükafatlandırılması, onlara intizam tənbehi tədbirlərinin tətbiqi istiqamətində idarə rəhbərinə təkliflərin verilməsi;
Tabe müəssisələrin fəaliyyətinə dair zəruri sənədlərin hazırlanması;
İdarəyə daxil olan sənədlərin (ərizə, şikayət və s.) icrasının təmin edilməsi;
İş planlarına və idarə rəhbərliyinin tapşırığına əsasən tabe mədəniyyət müəssisələrində monitorinq və yoxlamaların təşkil edilməsi və aparılması;
Tabe mədəniyyət müəssisələrinin fəaliyyətinə dair müxtəlif sorğuların hazırlanması;
İdarənin rəhbərliyinə sahə üzrə region müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
Regional mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti və onların əmlak və avadanlığı barədə məlumatların toplanması və təhlil edilməsi;
Mədəniyyət müəssisə və təşkilatlarının qabaqcıl iş təcrübəsinin təhlili, təbliğ və inkişaf etdirilməsində iştirak və.s.


Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), musiqi müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, təsviri incəsənət müəllimliyi, turizm və otelçilik ixtisası üzrə ali təhsil.

İş stajı: 1 il;

Kompyuter: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)

Xarici dil: Xarici dil bilikləri: rus dili (B1 səviyyəsində), ingilis dili (B1 səviyyəsində).



Struktur bölmənin adı: Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi

Vakant vəzifə: baş məsləhətçi (Mingəçevir şəhəri üzrə nümayəndə)

İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat

İş yerinin ünvanı: Bərdə şəhəri, Heydər Əliyev prospekti 100

Qulluq funksiyaları:

Regional müəssisə və təşkilatların fəaliyyətinə nəzarətin həyata keçirilməsi, müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi;
Tabe müəssisələrdə işçilərin əmək intizamına nəzarət edilməsi;
Regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər və işçilərinin mükafatlandırılması, onlara intizam tənbehi tədbirlərinin tətbiqi istiqamətində idarə rəhbərinə təkliflərin verilməsi;
Tabe müəssisələrin fəaliyyətinə dair zəruri sənədlərin hazırlanması;
İdarəyə daxil olan sənədlərin (ərizə, şikayət və s.) icrasının təmin edilməsi;
İş planlarına və idarə rəhbərliyinin tapşırığına əsasən tabe mədəniyyət müəssisələrində monitorinq və yoxlamaların təşkil edilməsi və aparılması;
Tabe mədəniyyət müəssisələrinin fəaliyyətinə dair müxtəlif sorğuların hazırlanması;
İdarənin rəhbərliyinə sahə üzrə region müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
Regional mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti və onların əmlak və avadanlığı barədə məlumatların toplanması və təhlil edilməsi;
Mədəniyyət müəssisə və təşkilatlarının qabaqcıl iş təcrübəsinin təhlili, təbliğ və inkişaf etdirilməsində iştirak;
Region ərazisində əhalinin asudə vaxtının səmərəli keçirilməsinə yönəldilmiş proqramların işlənib hazırlanması və həyata keçirilməsində iştirak;
Mədəniyyət və turizm sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə müsabiqə, festival, sərgi və digər tədbirlərin təşkil edilməsində iştirak və.s.


Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), musiqi müəllimliyi, tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi, təsviri incəsənət müəllimliyi, turizm və otelçilik ixtisası üzrə ali təhsil

İş stajı: 1 il;

Kompyuter: MS Windows, MS Office, Internet və s. (orta-yüksək səviyyədə)

Xarici dil: rus dili (B1 səviyyəsində), ingilis dili (B1 səviyyəsində)

mct.gov.az