Quba “ASAN həyat” Kompleksində Yeni il konserti təşkil olunacaq
25.12.2017

Dekabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində Yeni il konserti təşkil olunacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə keçiriləcək konsertdə əməkdar artist Röya sevilən mahnılarını ifa edəcək.

Konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr edilir.

Konsertə giriş sərbəst olacaq.

azertag.az