Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb
25.12.2017

Bu gün Bakıda "Ağ Şəhər" Biznes Mərkəzində Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, RİM Qrupunun başçısı Pyotr Fradkov, RİM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev iştirak ediblər.

P.Fradkov qeyd edib ki, Azərbaycanda RİM-in nümayəndəliyinin açılması iki ölkə arasında ticarət dövriyyəsinin artmasına kömək edən əlavə güclü vasitə olmaqla yanaşı, Rusiyanın qeyri-neft məhsulları ixracatçıları arasında maraq göstərə biləcək şirkətlərin Azərbaycan bazarına daxil olmasına yeni təkan verəcək. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı şirkətlər 500 mln. dollar həcmində investisiya yatırıb.

report.az