Yeni Hayat 15 yaşını qeyd edir!
25.12.2017

Yeni Həyat Şirkətlər Qupu özünün 15 yaşını, Megafun isə 5 yaşını qeyd edir. Bununla bağlı 22 dekabr 2017-ci il tarixində Megafun AVM-də Azərbaycanın məhşur sənətçilərinin eləcə də müxtəlif əyləncə ustalarının iştirakı ilə şirkətin yaşayış komplekslərinin sakinləri üçün xüsusi konsert proqramı təşkil olunub.

2002-ci ildə yaradılmış, öz yenilikçi ideyaları və novatorluğu ilə fərqlənən Yeni Həyat Şirkətlər Qrupu artıq 15 ildir ki ölkənin tikinti-inşaat sektorunda ən öncül şirkətlərdən biri kimi tanınmaqdadır. Tam spektrda xidmət göstərən Yeni Həyat memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsi ilə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir. Bu müddət ərzində şirkət Yeni Hayat Residence, Yeni Hayat Plaza, Azure və Park Azure kimi şəhərimizin memari inciləri sayılan komplekslərin inşasını yüksək keyfiyyətlə yekunlaşdıraraq öz sakinlərinin istifadəsinə təhvil vermişdir.

Yeni Həyat layihələri üzrə sakinlərin ixtiyarına toplam olaraq 1056 mənzil və 214 ofis təqdim edilib. Şirkət bu günə kimi həmin mənzillər üzrə sakinlərin gündəlik ehtiyaclarını, istirahət, təhsil, sağlamlıq kimi zəruri tələblərini qarşılayaraq 24 saat təhlükəsizlik, təmizlik, müştəri qarşılama xidmətlərini uğurla yerinə yetirir. Bununla yanaşı komplekslərdə yaradılmış əyləncə və iaşə obyektləri sakinlərə yüksək keyfiyyətdə xidmət göstərməkdədir.

Öz orijinallığı və xüsusi dizaynı ilə Yeni Həyat Şirkətlər Qrupunun hazırda inşası yekunlaşdırılmaq üzrə olan Grand Hayat layihəsi möhtəşəmliyi ilə xüsusi fərqlənir. Qeyd edək ki, 1920 mənzildən ibarət Grand Hayat “7S” keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi.

Grand Hayat yaşayış kompleksi Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tblisi pr., 1054 ünvanında inşa edilir. Burada müştərilərə 1, 2, 3 və 4 otaqlı komfortlu mənzillər nağd (eyvan və qaraj hədiyyə olmaqla) və 3 illik müddətə faizsiz hissəvi satış şərtləri ilə təklif olunur.

Yeni Həyat 2018-ci ilin ilk günlərində də öz sakinlərini və qonaqlarını bol əyləncə dolu konsert gecəsi ilə sevindirmək niyyətindədir. Belə ki, 12 yanvar 2018-ci il tarixində Megafun AVM-də ölkənin populyar sənətçiləri də qatılacaq maraqlı bir konsert proqramı təşkil olunacaq. Yeni Həyat Şirkətlər Qrupu hər kəsi bu əyləncəli və maraqlı anları bir yerdə yaşamağa dəvət edir.

oxu.az