Energetika nazirinin yeni müavini təyin olunub
25.12.2017

Azərbaycan Energetika Nazirliyində kadr dəyişiklikləri baş verib.

Bu barədə hökumətdəki mənbə məlumat verib.

Samir Vəliyev energetika nazirinin müavini təyin edilib.

Daha əvvəl S.Vəliyev İqtisadiyyat Nazirliyinin aparat rəhbəri vəzifəsində işləyib.

Qeyd edək ki, energetika nazirinin müavinləri vəzifəsində həmçinin, Natiq Abbasov və Gülməmməd Cavadov işləyirlər.

trend.az