Azərbaycanda həftə sonu hava qeyri-sabit keçəcək, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
22.12.2017

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən verilən məlumata görə, dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

report.az