Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
22.12.2017

Azərbaycan vətəndaşları bu ilin noyabr ayında Türkiyədə 62 ev satın alıblar ki, bu da əvvəlki ayla müqayisədə 32% çoxdur. Ümumiyyətlə, Azərbaycan vətəndaşları bu ilin yanvar-noyabr ayları ərzində Türkiyədə 851 ev alıblar. Bu da illik müqayisədə 54% artım deməkdir.

Bu barədə Türkiyənin rəsmi statistikasına əsasən xəbər verilir.

Cari ilin ilk 11 ayı ərzində ev alan xarici vətəndaşların siyahısında Azərbaycan İraq (3 387 ev), Səudiyyə Ərəbistanı (3 074 ev), Küveyt (1 540 ev), Rusiya (1 202), Əfqanıstandan (976 ev) sonra 6-cı yeri tutub.

report.az