“Zirə” klubu Polşa və Rusiya komandaları ilə qarşılaşacaq
22.12.2017

“Zirə” futbol klubunun Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisi müəyyənləşib.

Kluba istinadla xəbər verilir ki, Bakı təmsilçisi yanvarın 27-də Polşanın “Krakoviya”, üç gün sonra isə Rusiyanın “Avanqard” klubları ilə qarşılaşacaq.

Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək.

azertag.az