Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək
20.12.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 21-dən başlayaraq maraqlı tamaşalarla çıxış edəcək.

Teatrdan bildirilib ki, sənət ocağının yaradıcı kollektivi həmin gün T.Vəliyevanın “Cəza” tamaşasını izləyicilərə təqdim edəcək. Dekabrın 23-də saat 12.00 və 14.00-da “Qrinç”, axşam saat 19.00-da isə “Qohumlar” tamaşaları nümayiş olunacaq.

Tamaşaçılar sənət ocağında dekabrın 24-də gündüz saat 10.00, 12.00 və 14.00-da “Çirkin ördək balası”, axşam saat 19.00-da isə “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasına baxa biləcəklər.

Tamaşalarda rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Şəfəq Əliyeva, Almaz Mustafayeva, Elşən Rüstəmov, Şövqü Hüseynov, Gülər Nəbiyeva, aktyorlar, Ramil Məmmədov, Müşfiq Əliyev, Kərəm Hadızadə, Elnur Hüseynov, Elnur Kərimov, Anar Seyfullayev, Günel Məmmədova, Xəyalə Mərdanova, Nuranə Hüseynova və başqaları ifa edəcəklər.

azertag.az