Bakıda Bülbülün 120 illiyinə həsr edilən musiqi festivalı keçirilir
19.12.2017

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, Xalq Artisti Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalına start verilib.

Konservatoriyadan bildirilib ki, təhsil ocağının rektoru, Xalq Artisti Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara iki gün davam edəcək müsabiqədə uğurlar arzulayıb.

Festivalın ikinci günündə 100-dək iştirakçının ifası dinləniləcək.

azertag.az