“Atəşgah” sığorta şirkəti Qubada yeni ofis açıb
19.12.2017

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri “Atəşgah” SQ regionların inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Quba şəhərində yeni regional ofis istifadəyə verib.

Şirkətdən verilən məlumata görə, yeni regional ofis Quba şəhərinin mərkəzində Fətəli xan küç 108A ünvanında yerləşir. (Əlaqə telefonu: (+02333 5 23 16))

Azərbaycanın ən səfalı guşələrindən biri Quba rayonu Bakıdan 160 km məsafədə Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir.

trend.az