Uşaqlar evdən niyə qaçır? - Komitənın CAVABI
19.12.2017

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur.

Bunu komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Komitə rəsmisi bildirib: “Bizdə bununla bağlı statistika yoxdur. Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar".

trend.az