Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb
18.12.2017

“Google” korporasiyası “Android” əməliyyat sistemi üçün fotoşəkillərin keyfiyyətini yüksəldən xüsusi proqram hazırlayıb.

dni24.com saytına istinadla xəbər verilir ki, “Android” sistemi ilə işləyən smartfonların istehsalçıları qurğunun kamerasının işini tənzimləmək ehtiyacı duyurlar. Bəzən fotoçəkilişin keyfiyyəti ürəkaçan olmur. Şirkətin mütəxəssisləri bu nasazlığı aradan qaldırmaq üçün “Android 7.0 Nougat” əsasında işləyən bütün qurğulara uyğun gələn “Google.Camera” proqramını hazırlayıblar.

Proqramın işini “Android”in daha erkən versiyaları ilə uyğunlaşdırmaq mümkün deyil. Proqram xüsusi alqoritmlərdən istifadə etməklə təsvirin ötürülməsi zamanı şəkilləri daha aydın və keyfiyyətli edir.


azertag.az