"AtaBank"da əmanət yerləşdirən müştərilərə hədiyyələr verilib
18.12.2017

"AtaBank" ASC-nin "Hədiyyəli Yeni İl" kampaniyası çərçivəsində sığortalı əmanət yerləşdirən müştərilərin kampaniyadan yararlanmaq üçün 10 günü qalıb.

Bankdan bildiriblər ki, əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun hədiyyə seçimi edirlər. Artıq kampaniya çərçivəsində 88 "İsma Bike", 90 ədəd İphone X və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunub.

Qeyd edək ki, "AtaBank"da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və dekabrın 29-dək qüvvədədir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlamaq olar.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbə vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

azertag.az