Milli kino tariximiz “Kino və zaman”da
15.12.2017

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan “Kino və zaman” kitabı çap edilib.

Nazirlikdən bildirilib ki, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin müəllifi olduğu yeni nəşr Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr edilib.

İncəsənət sahəsində təhsil alan tələbələr və kinosevərlər üçün nəzərdə tutulan kitabda milli kino tariximiz sistemli şəkildə öz əksini tapıb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalara paylanılacaq.

azertag.az