Azərbaycan–Qazaxıstan diplomatik əlaqələrinin 25 illiyi ilə əlaqədar Atırauda konsert keçiriləcək
14.12.2017

Dekabrın 21-də Atırau şəhərində Azərbaycan–Qazaxıstan diplomatik əlaqələrinin 25 illiyi münasibətilə tədbir keçiriləcək.

Xəbər verilir ki, ölkəmizin Qazaxıstandakı baş konsulluğunun və Atırau vilayət hakimiyyətinin (akimatlığı) təşkilatçılığı ilə reallaşacaq tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti Brilyant Dadaşova, Əməkdar Artist Elnarə Abdullayeva, müğənnilər Elton Hüseynəliyev, Sevda Yəhyayeva və digərləri çıxış edəcəklər.

azertag.az