“Suvar” folklor rəqs qrupu “YARAT”ın səhnəsində çıxış edəcək
13.12.2017

Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstanın “Suvar” folklor qrupu konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən bildirilib ki, “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq konsert Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunur.

Qeyd edək ki, "Suvar" folklor qrupu 1996-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü və "Samur" Ləzgi mədəniyyət mərkəzi ictimai birliyinin dəstəyi ilə yaradılıb. Həmin vaxtdan bəri, bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini qazanıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib. Həmin il, ansambl Ankarada keçirilən beynəlxalq festivalda Azərbaycanı ləyaqətlə təmsil edib.

azertag.az