Görkəmli tarzən Ramiz Quliyev Tehranda ustad dərsləri keçəcək
12.12.2017

Görkəmli Azərbaycan tarzəni Ramiz Quliyev Tehranın Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirəcək.

Bu barədə məlumat verən universitetin rektoru Susan Tağıpur bildirib ki, dekabrın 16-da və 17-də keçiriləcək ustad dərslərində tələbələrlə yanaşı, gənc müəllimlər də iştirak edəcəklər.

Dekabrın 21-də və 22-də isə Tehranın “Vəhdət” Mədəniyyət Sarayında Ramiz Quliyevin konserti olacaq. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

azertag.az