"Sumqayıt" Rusiyanın "Anji" klubu ilə yoldaşlıq görüşü keçirəcək
12.12.2017

"Sumqayıt" komandası Rusiyanın "Anji" klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən verilən məlumata görə, oyun Türkiyənin Antalya bölgəsindəki Belek toplanışı çərçivəsində təşkil ediləcək.

Qarşılaşma yanvarın 22-də olacaq.

"Anji" Rusiya Premyer Liqasında 20 turdan sonra 19 xalla 15-ci yerdə qərarlaşıb. Bu komanda ötən gün qış fasiləsi ilə əlaqədar məzuniyyətə buraxılıb.

report.az