Azərbaycanda builki pambıq yığımının həcmi 200 min tona çatıb
11.12.2017

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 199 818 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunun 694 min tonu ötən şənbə və bazar günləri tədarük olunub.
İndiyə qədər tədarük edilmiş məhsul ötən ilin ümumi göstəricisindən 111 min ton çoxdur.

report.az