“YARAT”da yeni film - "Buludlar səmanı tərk edirlər"
11.12.2017

Dekabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Nikolay Jukovun "Buludlar səmanı tərk edirlər" adlı filmi nümayiş ediləcək.

Xronometrajı 90 dəqiqə olacaq ekran əsərinin təqdimatı Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq nəticəsində təşkil olunacaq.

Filmin məğzi belədir: böyük qafqazlı ailəsi uşaq gözləyir – Xanu hamilədir. Ailə başçısı, 3 qız atası Bəşir növbəti uşağın qız olmasını istəmir və yoldaşına elan edir ki, qız doğulsa onu evdən qovacaq...

azertag.az