NASA astronavtı Azərbaycana gələcək
8.12.2017

NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı Heide Piperi dekabrın 10-12-də Azərbaycana səfər edəcək.
Səfəri ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edir.
Səfər çərçivəsində H.Piperi Kürdəmir Amerika Mərkəzinə səfər edəcək, Milli Müdafiə kollecində, Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olacaq, konfrans və təqdimatlatrda iştirak edəcək. O, həmçinin Bakı Amerika Mərkəzində STEM MOOC məzunları ilə görüşəcək və Bakı Amerika Mərkəzində karyera inkişafı sessiyasında iştirak edəcəkj.
Qeyd edək ki, bu, NASA astronavtlarının Bakıya ilk səfəridir.

report.az