İstanbulda xalq yazıçısı Anarın 80 illik yubileyi keçiriləcək
8.12.2017

Türkiyənin İstanbul şəhərində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın 80 illik yubleyi keçiriləcək.
Bu barədə Türkiyə bürosuna Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, şair Serhat Kabaklı məlumat verib.
Onun sözlərinə görə, hazırda Anarın yubiley gecəsinə ciddi hazırlıqlar gedir: “Biz Türk dünyasını Anar yaradıcılığının işığına toplayacağıq. Uzun zamandır bunu reallaşdırmağı düşünürdük. Onun yubileyi bu layihəni həyata keçirməyə bir bəhanə oldu. Anar bir müddət əvvəl İstanbulda idi və görüşdük, danışdıq. Xalq yazıçısı martın 14-də anadan olduğundan yubileyi də həmin ayda keçirmək qərarına gəldik”.

report.az