Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb
8.12.2017

Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət naziri baronessa Rona Feyrhed Azərbaycana dekabrın 14-də səfər edəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bakıya səfəri zamanı baronessa R.Feyrhed Böyük Britaniya - Azərbaycan birgə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək.
Səfər dekabrın 15-də başa çatacaq.

report.az