"Instagram" öz messencerini sınaqdan keçirməyə başlayıb
8.12.2017

"Instagram" sosial şəbəkəsi öz messencerini sınaqdan keçirməyə başlayıb.
Proqram "Direct" adını alıb.
"Instagram" interfeysi daxilində şəxsi mesajlar mübadiləsi üçün mövcud bölmə də belə adlanır.
Hazırda yeni messencer altı ölkədə - İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Çili və Uruqvayda test rejimində işləyir.
Proqramın qlobal tətbiqinə başlama tarixi hələ təyin edilməyib.

report.az