Xalça Muzeyində “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olacaq
7.12.2017

Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY ilə birgə layihəsi olan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi keçiriləcək.

Kitabxanadan bildiriblər ki, layihədə məqsəd türk xalqlarının zəngin bədii təfəkkürünü özündə yaşadan nağılları bir yerə toplayaraq təqdim etməkdir.

azertag.az