Bakının iki avtomagistralında sürət həddi endirilib
7.12.2017

Yağışlı hava şəraiti ilə əlaqədar Bakının iki əsas avtomagistralında - Heydər Əliyev prospektinin Buzovna dairəsinə qədər olan hissəsində və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər olan yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə olunur ki, yollardakı sürət həddinə əməl etsinlər".

report.az