"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb
7.12.2017

"Bakutel-2017" beynəlxalq sərgisində "Bakcell" şirkəti daha bir yeniliyə imza atıb.
Şirkət 5G şəbəkəsinin test nümayişini həyata keçirib.
Məlumata görə, sınaqlar "Nokia" şirkəti ilə birgə həyata keçirilib. "Nokia" şirkətinin nümayəndəsi Samir Quliyev deyib ki, 5G istifadəçilərə 10 Gbit/saniyə sürəti ilə ötürmə imkanı yaradacaq: "Hazırda dünyanın 100-dən artıq ölkəsində belə sınaqlar aparılır. Ümumilikdə isə, dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək".
Qeyd edək ki, "Bakcell"in daha əvvəl sınaqlara başladığı 4,5G şəbəkəsi 1 GBit/saniyə sürətə malikdir.


report.az