Dillər Univеrsitеti işçi axtarır - SİYAHI
6.12.2017

Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.
Müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini elan dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə Bаkı şəhəri, AZ1014, R.Bеhbudоv küçəsi, 134 ünvanına göndərə bilərlər.
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazimi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
ADU-da boş olan vəzifələr aşağıdakılardır:
1. İngilis dilinin leksikologiya və üslubiyyatı (FJF) müəllim - 2,5 yer
2. İngilis dilinin leksikologiya və üslubiyyatı -1(TF) müəllim - 1,5 yer
3. İngilis dilinin leksikologiya və üslubiyyatı -2 (TF) baş müəllim - 2 yer
müəllim - 1,5 yer
4. İngilis dilinin fonetikası müəllim - 2 yer
5. İngilis dilinin qrammatikası dosent - 1 yer, baş müəllim - 3 yer
6. Linqvokulturologiya müəllim -2 yer
7. Xarici dillər (TF) baş müəllim - 0,5 yer
8. Alman dilinin fonetikası və qrammatikası dosent - 1 yer
9. Fransız dilinin leksikologiya və üslubiyyatı dosent - 0,25 yer
10. Mülki müdafiə və tibbi biliklərin əsasları müəllim -3 yer
11. Regionşünaslıq müəllim - 2 yer
12. Psixologiya dosent - 1 yer

report.az