Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
6.12.2017

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verilir ki, “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq görüşlər iki günü əhatə edəcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
10 dekabr (bazar)
14:00. “Keşlə” – “Kəpəz”
“İnter Arena”
16:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
11 dekabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”

report.az