Azərbaycanın iki xalq artisti birgə konsert verəcək
5.12.2017

Dekabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adgözəlzadə konsert proqramı ilə çıxış edəcəklər.
Konsertdə solistləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə reallaşacaq konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsrləri səslənəcək.

report.az