Ukraynada buzdan hotel
4.12.2017

Bu il qış mövsümündə Ukraynada ilk dəfə olaraq qar və buzdan “Ice Hotel Bukovel” hoteli fəaliyyətə başlayacaq.

Yerli mətbuata istinadla xəbər verilir ki, bu hotel turistik kompleks “Bukovel”in ərazisində açılacaq. İşlər artıq yekunlaşmaq üzrədir. Hotelin bütün elementləri, o cümlədən divar, döşəmə, tava, bar və mebel qardan və buzdandır.

Buz hotelin cəmi beş ikinəfərlik otağı olacaq.

Havanın temperaturundan asılı olmayaraq hotel və onun ətrafında temperatur mənfi 2-5 dərəcə olacaq.

azertag.az