Azərbaycanın turizm imkanları Ukraynada tanıdılacaq
4.12.2017

Azərbaycanın turizm imkanlarının Ukraynada tanıdılması üçün təqdimat keçiriləcək.

Milli Təbliğat Turizm Bürosu dekabrın 8-də Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın turizm potensialının təqdimi və təbliğatı məqsədilə seminar və işgüzar görüşlər təşkil edəcək.

Təqdimata Ukraynanın 25-dən artıq, Azərbaycandan isə 5 turist şirkəti qatılacaq.

Tədbirdə Azərbaycanın turizm sahəsinin inkişafına dair Strateji Yol Xəritəsində əksini tapan məsələlər müzakirə ediləcək. Görüşlər zamanı Azərbaycana aid suvenirlər və təbliğat materialları paylanacaq.

azertag.az