Azərbaycanda ilk marketinq sammiti keçiriləcək
4.12.2017

Dekabrın 23-də Bakıda “Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq I marketinq sammiti keçiriləcək.
Tədbirin təşkilatçısı olan “AzMarketinq” MMC-dən daxil olan məlumata görə, sammitin məqsədi qlobal marketinq ilə lokal marketinqi sintez edib qlobal effekt yaratmaq, dövlətin Strateji Yol Xəritəsinin əsas cizgilərinə uyğun olaraq, «Made in Azerbaijan» brendinin formalaşdırılması imkanlarını müzakirə etməkdir.
Tədbirdə Azərbaycan və Türkiyədən olan spikerlərin real, praktik mövzular əsasında fikirlərini bölüşəcək. 200-dən çox qonağın, 2 ölkədən 6 spikerin qatılacağı sammit Azərbaycanda marketinq sahəsində dövlətin ixrac siyasətinə, Strateji Yol Xəritəsinə istiqamətlənmiş ilk layihə kimi tarixə düşəcək və növbəti illərdə də təşkil olunacaq.
Sammit haqqında ətraflı məlumatı www.marketingsummit.az ünvanında yerləşən internet səhifəsində və “Facebook” sosial şəbəkəsində sammit üçün yaradılmış https://www.facebook.com/marketinqsammiti/ səhifəsindən əldə etmək mümkündür.

report.az