Kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək
1.12.2017

Bakıda kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək.

Sərgidə kiçik sahibkarların əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.

trend