“Apple” Yeni ilədək “AppStore”u bağlayacaq
1.12.2017

ABŞ-ın “Apple” korporasiyasının “AppStore” onlayn mağazası dekabrın 23-27-də tərtibatçılar, eləcə də texniki və ya maliyyə məsələlərini həll etmək istəyən istifadəçilər üçün bağlı olacaq.

Vistanews.ru saytına istinadən verilən məlumata görə, şirkətin texniki dəstək bölməsinin əməkdaşları Yeni il tətilinə çıxacaqlar.

Məlumatda deyilir ki, proqram və əlavələrin tərtibatçıları 4 gün ərzində onları “AppStore”a yükləyə bilməyəcəklər. Həmçinin onlar dəyişikliklər də edə bilməyəcəklər. “Apple”də məsləhət görürlər ki, bütün lazımi yenilənmələr tətil başlayana qədər tərtib edilsin.

Qeyd etmək lazımdır ki, “AppStore” onlayn mağazasının açılışından sonra Yeni il satışları və endirimlərə başlanacaq. Şirkətdə bildirirlər ki, bu Yeni il satışları və endirimlər geridə qoyduğumuz ilin ən böyüyü olacaq.

lent.az