"Avroviziya-2018" müsabiqəsinə biletlərin ilk partiyası bir neçə dəqiqə ərzində alınıb
1.12.2017

Gələn il Portuqaliyada keçiriləcək "Avroviziya-2018" müsabiqəsinə biletlərin ilk partiyası bir neçə dəqiqə ərzində alınıb.
Bu barədə tədbirin saytında qeyd olunub.
Biletlərin satışına noyabrın 30-dan başlanıb. Hətta finalda ayaqüstə dayanmaq üçün nəzərdə tutulmuş yerlərə də biletlər olub.
Növbəti partiya dekabrın 20-də gətiriləcək. Satışların 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

report.az