“Muğam axşamları” layihəsinin növbəti konserti
30.11.2017

Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert noyabrın 29-da təqdim olunub.

Musiqili gecədə “Qatar”, “Dəşti” və “Mirzə Hüseyn segahı” səsləndirilib.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət ediblər.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə ictimaiyyət nümayəndələrinin qatıldığı musiqili gecə maraqla qarşılanıb.

Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti dekabrın 6-da “Xaric segah” muğamına həsr ediləcək.

azertag.az